پاییز یئنه جولان ائدیر - خزان ساز چالیر
یارپاق یارپاق سویونور یاشیللیقلار سارالیر
رنگ رنگ بزه نیر بربزه كلی گلینلر كیمی
هر یاناغی بیر رنگ چالیر دوداقلار قیزاریر
خزان شاللاق چكیر چیلیم
چیلپاق آغاجلار اوسته
سینیق سینیق بوداییر بوداق بوداق جان آلیر
كوچور گؤزللیكلری سئون پروانه قوشلار
تكی باغلاری سئون ساغ اولسون قارقالار قالیر
طبیعتین قایداسیدیر پاییزی وار قیشی وار
مرد ایگیتلر دؤزوب چئتینلیكلره دایانیر
اوزولمه دارانلی بو سارالیب سولماقلاریله
پاییز گلیب قیش گئده جك
یای یازادا آز قالیر
********* ************** ***********
Payız yenə culan edir xəzan saz çalır
Yarpaq - yarpaq soyunur yaşıllıqlar saralır
rəng rəng bəzənir bərbəzəkli gəlinlər kimi
hər yanağı bir rəng çalır dödaqlar qizarır
xəzan şallaq çəkir çilimçilpaq ağaclar ostə
siniq- siniq bodayır bodaq- bodaq can alır
koçur gozəllikləri sevən pərvanə qoşlar
təki bağları sevən sağ olsun qarqalar qalır
təbiətin qaydasıdır payızı var qışi var
mərd igitlər dozub çətinliklərə dayanır
uzulmə daranlı bo saralıb solmaqlarilə
payız gəlib qış gedəcək yay yazada az qalır

