سحر سحر
سئیره گلدیم یاز چاغی
باغی گؤردوم
باتیب گوللر ایچینده
حزین بیر سس قولاغیمی اخشادی
قوش گوردوم اینلر بولبوللر ایچینده
آلدیم قلم
یازام دفتره سؤزلر
اونومده سیراللاندی
دره لر دوزلر
زیروه لردن آخدی چشمه لر سئللر
شاعیر گوردوم آغلیر
شئعیرلر ایچینده
باخیردیم
هر یانا گؤز گؤز اویاق
نه ال
ترپه نیر نه
یول گئدیر
آیاق
چکیلبدی سدلر
یول
دونیب بولاق
گؤلوم گوردوم
قورور گؤللر ایچینده
طبیمه
یوخ دئدیم من جوشام گره ک
عشق آتشینده یانام آلیشام گره ک
جانانیلن قول بویون دانیشام گره ک
دیلیم گؤردوم یاساق دیللر
ایچینده
***********
اوره یم شان
شان گؤز یاشیم قانلی
سینه مده دویونور چوخ هیجانلی
های سالدی
شعره اؤیانسین دارانلی
ائلیم گؤردوم یاتیب ائللر ایچینده
*******************************
Səhər səhər seyrə
gəldim yaz çaği
Baği
gördüm batıb gullər
içində
Həzin
bir səs qolağımı
oxşadı
Guş
gördüm inlər bulbullər
içində
**************
Aldım qələm yazam
dəftərə sözlər
Onumdə
sıralandı dərələr duzlər
Zirvələrdən axdı
çeşmələr sellər
Şair gördüm ağlar şeirlər içində
***************
Baxırdım hər
yana göz göz oyaq
Nə əl tərpənir nə yol gedir ayaq
Çəkilibdi sədlər
yol donub bulaq
Gölüm
gördüm qurur göllər
içində
***************
Təbimə
yox dedim mən cöşam gərək
Eşq
atəşində yanam alışam
gərək
Cananılə qolboyun
danışam gərək
Dilim
gördüm yasaq dillər
içində
**************
Urəyim
şan-şan göz yaşım
qanlı
Sinəmdə doyunur
çox həyəçanlı
Hay
saldı şirə oyansın
daranlı
Elim
gördüm
yatıb ellər içində
آردینی اوخو