اونوتموشدون منی سانیردیم بلکه
نئجه اولدو بیردن یادیما دوشدون
یوخولاریمدان دا قاچیردین گئجه
نئجه اولدو بیردن یادیما دوشدون
*******
اوتوبدور عومرومون باهاری یازی
ایستردیم یوخودا گوره یدیم آزی
آیری یازیب دئمیشدین یازان یازی
نئجه اولدو بیردن یادیما دوشدون
**********
سنکی گئتمیشدین قایتمایایدین کاش
گؤزلریمدن آخار قالایدی قان یاش
بویله چکیب دئکمیشدین نقشی نقاش
نئجه اولدو بیردن یادیما دوشدون
**********
گلمیسن عشقینه باری یان آلیش
ایتیریب سونرا گزمه قاریش قاریش
قال – صاباحلار یئنه دئمه سین باریش
نئجه اولدو بیردن یادیما دوشدون********************************
Unutmuşdun məni sanırdım bəlkə
Necə oldu birdn yadıma düşden
Yuxularımdan da qaçırdın gecə
Necə oldu birdən yadıma düşdün
**********
Ötübdür omaumun baharı yazı
İstərdim yuxuda görəydim azı
Ayrı yazıb demişdin yazan yazı
Necə oldu birdən yadıma düşdün
************
Sən ki getmişdin qayıtmayaydın kaş
Gözlərimdən axar qalaydı qanyaş
Böylə çəkib demişdin nəqşi nəqqaş
Necə oldu birdən yadıma düşdün
*************
Gəlibsən eşqinə barı yan alış
İtirib sonra gzmə qarış qarış
Qal Sabahlar yenə deməsi bariş
Necə oldu birdən yadıma düşdün